Müəllif - Aida İsaq, Banco.az
Moskvada mənzil kirayələməkdən imtina edənlərin statistik göstəricisi 20%-dən 5%-ə qədər azalıb.
Banco.az xəbər verir ki, bu 2022-ci ilin avqustundan dekabr ayına qədər olan dövrə aiddir. Bu barədə danışan "Est-a-Tet" daşınmaz əmlak şirkətinin satışlar üzrə direktoru Yuliya Dımova hazırda ev sahiblərinin belə müxtəlif güzəştlər tətbiq etdiklərini qeyd edib. Onun sözlərinə görə, ev sahibləri uşaqlar və ev heyvanları olan ailələr də daxil olmaqla, insanlara mənzillərin kirayə verilməsinə həvəslə yanaşırlar.
Qeyd edək ki, 2022-ci ilin fevralından dekabr ayına qədər Moskva, Sankt-Peterburq, Krasnoyarsk, Samara və Kazanda bir otaqlı mənzilin kirayəsinin ortalama qiyməti azalıb. Ən çox azalma isə Moskva və Sankt-Peterburqda müvafiq olaraq 15,7% və 12,5% səviyyəsində qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!