Təbii qazın qiymət həddi 2024-cü ilə qədər tətbiq oluna bilər | Banco.az

Təbii qazın qiymət həddi 2024-cü ilə qədər tətbiq oluna bilər

Müəllif - Aida İsaq, Banco.az

Aİ-nin qaz qiymətləri üçün razılığa gəldiyi səviyyə 2024-cü ilin fevral ayına qədər qüvvədə olacaq. 

Banco.az xəbər verir ki, bu barədə Aİ Şurasının saytında məlumat verilib. Müvafiq tənzimləmə mexanizminin 2023-cü il fevralın 15-dən qüvvəyə minəcəyi və müvəqqəti olaraq bir il müddətində tətbiq olunacağı qeyd olunur. Bundan başqa, razılaşma müddətinin noyabrın 1-dək uzadılması ilə bağlı qərarın qəbulu üçün Avropa Komissiyasının layihənin gələcək istiqamətləri ilə əlaqədar qiymətləndirmə məlumatlarını təqdim etməli olduğu bildirilir.

Xatırladaq ki, dekabrın 19-da Aİ ölkələri təbii qazın maksimal qiymətinin 180 avro səviyyəsində olmasını qəbul edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram