Ekspert Almaniyanın yoxsul ölkəyə çevrilmək üzrə olduğunu bildirib | Banco.az

Ekspert Almaniyanın yoxsul ölkəyə çevrilmək üzrə olduğunu bildirib

Müəllif - Aida İsaq, Banco.az

Almaniya yoxsul ölkəyə çevrilmək üzrədir.

Banco.az xəbər verir ki, bunu sosioloq Ulrix Şnayder bildirib. O, müvafiq proqnozu üçün enerji qiymətlərində müşahidə olunan kəskin sıçrayışları və yaşayış xərclərinin artmasını əsas gətirirb. Ekspert qiymətlərin bahalaşması fonunda əhalinin alıcılıq qabiliyyətinin azalaraq yoxsulluq səviyyəsinin getdikcə yüksəldiyini qeyd edib. Bundan başqa ekspert orta təbəqə nümayəndələrinin əlavə maliyyə ehtiyatlarının olmadığını qeyd edərək yeni xərclərin yaranmasının onlar üçün böyük fəlakətə çevrildiyini bildirib. (Məsələn xarab olmuş paltaryuyan maşınının təmiri və s.)

Ulrix Şnayder sonda ölkəsinin uzun onilliklər ərzində inkişaf etmiş müasir dövlət olduğunu bildirib. Bu səbəbdən də, Almaniyanın yoxsulluğa doğru getməsinin qarşısını alacaq tədbirlərin görülməsinin vacibliyini xatırladıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram