Müəllif - Aida İsaq, Banco.az
Amerikanın “Chevron” şirkəti Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə Qazaxıstan neftinin Rusiya üzərindən nəqlini davam etdirəcək.
Banco.az xəbər verir ki, bu barədə neft-qaz korporasiyasının direktorlar şurasının sədri Mayk Virt bildirib. O, Qazaxıstanının enerji istehsalçıları ilə daha çox əhatə olunmasını vurğulayaraq adı çəkilən dövləti qlobal enerji bazarları üçün böyük əhəmiyyətə sahib ölkə adlandırıb.
Bundan başqa şirkət rəhbərinin sözlərinə görə, Avropa və Asiya da daxil olmaqla, müxtəlif regionlardakı istehlakçılar Ukraynadakı münaqişə və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar fonunda Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə Qazaxıstandan ixrac olunan neft tədarükündən yararlanır.
Bizi sosial şəbəkələrdən izləyin!!