Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya Bankı Çin iqtisadiyyatının 2023-cü il üzrə artım proqnozunu aşağı salıb.
Banco.az xəbər verir ki, Dünya Bankı Çin iqtisadiyyatının 2023-cü ilə dair artım gözləntisini 4,5 faizdən 4,3 faizə endirib.
Bankın yaydığı bəyanatda daxili və xarici təsirlərin Çində iqtisadi perspektivlərin zəifləməsinə gətirib çıxardığı qeyd olunub.
Bəyanatda Çin iqtisadiyyatının bu il 2,7 faiz, gələn il isə 4,3 faiz böyüməsinin gözləndiyi bildirilib.
Xatırladaq ki, Dünya Bankı sentyabr ayında açıqladığı proqnozlarında Çin iqtisadiyyatının bu il 2,8 faiz, gələn il isə 4,5 faiz artacağını proqnozlaşdırmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!