Qlobal iqtisadiyyatı hansı nəticələr gözləyir? | Banco.az

Qlobal iqtisadiyyatı hansı nəticələr gözləyir?

Müəllif - Aida İsaq, Banco.az

Qlobal iqtisadiyyatı dərin və uzun sürən depressiya gözləyir.

Banco.az xəbər verir ki, bunu 2008-ci ilin qlobal maliyyə böhranını proqnozlaşdıran amerikalı iqtisadçı Nuriel Roubini bildirib. O, müvafiq proqnozunu hökumət borcunun həddindən artıq yüksək olması ilə əlaqələndirib. Onun sözlərinə görə, yeni tənəzzül ABŞ, Britaniya və Avropa İttifaqının proqnozlarından fərqli olaraq qısa müddəti əhatə etməyəcək. Ekspert ABŞ-da hazırda müşahidə olunan son 60 ilin “ən yüksək inflyasiyası”nı ən təhlükəli məqamlardan biri olaraq adlandırıb. Hazırda həmin göstərici 7,1% təşkil edir. 

İqtisadçı Avropada vəziyyətin daha pis olduğunu vurğulayıb. Beləliklə, onun fikrincə, Böyük Britaniya staqflyasiya ilə (yüksək inflyasiya fonunda iqtisadi artımın olmaması) üz-üzədir. İngiltərə Bankı "ən azı növbəti beş rüb" üçün iqtisadi tənəzzülə hazırlaşır.

Bundan əlavə, 1999-cu ildən dünya ÜDM-nin 220%-dən 350%-ə yüksəlmiş həddindən daha çox dövlət borcunun yaranması qlobal iqtisadiyyatda vəziyyəti mürəkkəbləşdirir. Bu isə mərkəzi bankların antiböhran siyasəti aparmaq imkanlarını xeyli məhdudlaşdırır. Belə ki, tənəzzülün nəticələrini aradan qaldırmaq məqsədi ilə bankların faiz dərəcələrini lazımi səviyyəyə yüksəltməsi mümkünsüzləşir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et