Paralel idxal Rusiyada bazar qiymətlərini stabil səviyyədə saxlayır | Banco.az

Paralel idxal Rusiyada bazar qiymətlərini stabil səviyyədə saxlayır

Müəllif - Aida İsaq, Banco.az

Paralel idxal vasitəsilə Rusiyaya gətirilən məhsulların həcmi ilin sonuna kimi 20 milyard dolları keçə bilər. 

Banco.az xəbər verir ki, Rusiya federal gömrük xidmətinin rəhbəri Vladimir Bulavin bildirib. O müvafiq qərarın mayın əvvəlində qəbul edildiyini və bu müddət ərzində 20 milyard dollardan çox dəyərində 2,4 milyon ton mal idxal edildiyini qeyd edib.

Onun sözlərinə görə, Rusiyaya paralel idxal vasitəsilə daxil olan məhsullar arasında avtomobillər, dəzgahlar, avadanlıqlar olmaqla eyni zamanda yüngül sənaye malları da yer alır. Bütün bunlar isə bazar qiymətlərini stabil səviyyədə saxlayır.

Vladimir Bulavin paralel idxalın bazarda saxta malların artmasına təsir göstərmədiyini xatırladıb. O, bu istiqamətdə gömrük əməkdaşlarının gücləndirilmiş iş rejimində çalışdığını qeyd edərək, indiyədək 7 milyondan çox saxta məhsulun müsadirə edildiyini vurğulayıb.

Noyabrın sonunda V.Bulavinin federasiya şurasında çıxışı zamanı 2022-ci ilin may-oktyabr aylarında Rusiyaya 9 milyard dollar dəyərində paralel idxal vasitəsilə məhsulların idxal edildiyi məlum olub. Onun sözlərinə görə, paralel idxalın ümumi həcmi bu günə qədər 2 milyon ton, dəyəri isə 17 milyard dollar səviyyəsində müəyyənləşib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et