Müəllif: Tamara Mustafayeva, Banco.az
“Goldman Sachs” 4 min işçini ixtisar etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, ABŞ-ın investisiya bankçılıq nəhəngi “Goldman Sachs” gəlirlilik hədəflərinə çatmaq üçün 4 minə yaxın işçini ixtisar etməyi planlaşdırır və bu, gələn ilin əvvəlində işçi qüvvəsinin 8 faizə qədər azalmasına səbəb ola bilər.
“Goldman Sachs”ın İcraçı Direktoru (CEO) David Solomonun fevral ayında təyin etdiyi gəlirlilik hədəfinin geridə qaldığını yazan yerli mətbuat orqanları bankın pərakəndə bankçılıq müəssisəsi “Marcus”da zərərə uğradığını qeyd edir.
Xatırladaq ki, pandemiya dövründə çoxlu sayda yeni kadr işə götürən “Goldman Sachs”ın işçilərinin sayı ilin üçüncü rübünə olan statistika görə, 49 minə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!