Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən həftə qlobal bazarların əsas diqqətində ABŞ və Avropadakı faiz qərarları olub.
Banco.az 18 dekabr tarixində başa çatan həftənin icmalını təqdim edir.
1. Fed monetar sərtləşdirmə siyasətində fasilə verib
FED ötən həftə qlobal bazarların gözlədiyi faiz qərarını açıqlayıb. Bazarın gözləntilərinə uyğun olaraq, FED artım sürətini yavaşladıb və uçot dərəcəsini 50 baza bəndi artırıb.
2. Avropa Mərkəzi Bankı 50 baza bəndi faiz artımı edib
Avropa Mərkəzi Bankı (ECB) da dekabr iclasında uçot dərəcəsini 50 bənd artırıb. Bank faiz artımlarının davam edəcəyi mesajını verib.
3. Noyabr ayında ABŞ-da inflyasiya proqnozlardan geri qalıb
ABŞ-da istehlak qiymətləri indeksi (PPI) ötən ay proqnozlardan aşağı reallaşıb. Bu yavaşlama inflyasiyanın ən pis dövrünün sona çata biləcəyini göstərir.
4. İngiltərə Mərkəzi Bankı da faiz qərarını elan edib
İngiltərə Bankı (mərkəzi bank) ilin son iclasında Fed-in izi ilə gedərək monetar sərtləşdirmə tempini azaldıb. Uçot dərəcəsini 50 bənd artıran mərkəzi bank faiz dəhlizini 3,5 faizə çatdırıb.
5. Avropada kişi və qadın işçilər arasındakı əməkhaqqı müxtəlifliyi aradan qaldırılacaq
Avropa Şurası və Avropa Parlamenti (AP) arasında müəssisələrdə çalışan kişi və qadın işçilər arasındakı maaş fərqlərini aradan qaldırmaq üçün hazırlanan yeni “əmək haqqı şəffaflığı” qaydası üzrə razılığa gəliblər.
Bizi sosial şəbəkələrdən izləyin!!