FED faiz dərəcələrini gözləntilərdən daha çox artırmalı olacaq | Banco.az

FED faiz dərəcələrini gözləntilərdən daha çox artırmalı olacaq

Müəllif - Aida İsaq, Banco.az

FED faiz dərəcələrini əksər siyasətçilərin proqnozlarından daha çox artırmalı olacaq.

Banco.az xəbər verir ki, bunu Klivlend Federal Ehtiyat Bankının prezidenti Loretta Mester bildirib. O, siyasətçilərin median proqnozlarına əsasən 2023-cü ildə faiz dərəcəsinin 5,1 faizə yüksəldəcəyini qeyd edərək, gözləntilərinin mediandan bir az daha yüksək olduğunu vurğulayıb.

Onun sözlərinə görə, FED-in artımlardan sonra faiz dərəcələrini uzun müddət sabit saxlaması lazım gələcək. Eyni zamanda, faiz dərəcələrinin aşağı salınma zamanının təqvimdən asılı olmadığını qeyd edən L.Mester hazırki vəziyyətdə gələcəklə bağlı mənfi gözləntilərinin olmadığını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et