Ekspertlərdən xəbərdarlıq: “Enerji böhranı hələ təzə başlayır” | Banco.az

Ekspertlərdən xəbərdarlıq: “Enerji böhranı hələ təzə başlayır”

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropada enerji böhranı hələ uzun illər davam edə bilər.

Banco.az xəbər verir ki, Rusiyanın qaz nəqlini dayandırmasından sonra Avropada yaranan enerji problemi hələ ki, anbarların doldurulması ilə aradan qaldırılıb. Ancaq mütəxəssislər gələn il Asiyada, xüsusilə də Çində tələbatın artacağını və yaşanacaq rəqabətin uzun illər davam edəcək enerji böhranına səbəb ola biləcəyini proqnozlaşdırırlar.

Ukrayna müharibəsinin yaratdığı enerji qıtlığında Avropa təxminən 1 trilyon dollarlıq enerji xərci ilə sarsıldığı halda, son onilliklərin ən böyüyü olduğu düşünülən bu böhranın yeni başladığı ehtimal edilir.

Qeyd edilir ki, Avropa bu qışdan sonra Rusiyadan qaz tədarükünün az olması və ya olmaması ilə öz qaz ehtiyatlarını doldurmalı olacaq və bu da tanker daşımalarında rəqabəti gücləndirə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Region ölkələri mayeləşdirilmiş təbii qaz idxalı üçün daha çox terminal işə cəlb etsə də, ABŞ və Qətər kimi ölkələrin əlavə istehsal gücü hesabına təmin ediləcəyi hesablanan təbii qazın 2026-cı ilə qədər hazır olmayacağı gözlənilir. Bu isə öz növbəsində yüksək enerji xərclərindən xilas yolunun olmadığını göstərir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et