Qlobal enerji böhranı Aİ iqtisadiyyatına nə qədər zərər vurub? | Banco.az

Qlobal enerji böhranı Aİ iqtisadiyyatına nə qədər zərər vurub?

Müəllif - Aida İsaq, Banco.az

Ukraynada münaqişənin kəskinləşməsi enerji sektorunda qiymətlərin kəskin bahalaşmasına səbəb olub. Bu isə Avropa İttifaqı (Aİ) iqtisadiyyatının təxminən 1 trilyon dollar zərərə uğramasına gətirib çıxarıb. Eyni zamanda qlobal enerji böhranı hələ ki öz pik səviyyəsinə çatmayıb. Gələcək zaman üçün dünya bunun mənfi təsirlərindən yan keçə bilməyəcək. Bu səbəbdən Avropa enerji bazarında gərgin vəziyyətin 2026-cı ilə qədər davam edəcəyi gözlənilir.

Banco.az xəbər verir ki, bu barədə  “Bloomberg” dünya bazarında müşahidə olunan proseslərə və ümumi araşdırma hesabatlarına əsasən məlumat verib. "S-RM" konsaltinq şirkətinin direktoru Martin Devenishin sözlərinə görə, Avropa hökumətləri böhranın ilkin təsirlərindən əziyyət çəkən bizneslərə və adi enerji istehlakçılarına 700 milyard dollardan çox maliyyə yardımı ayırıblar. O, 2023-cü ildə müşahidə olunacaq tənəzzül fonunda Aİ üzvlərinin daha böyük addımlar atmalı olacağını qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et