Müəllif - Aida İsaq, Banco.az
Avropa İttifaqı üzvləri arasında qazın qiymət həddinin azaldılması müzakirə olunur.
Banco.az xəbər verir ki, Avropadaxili enerji bazarında qazın qiymət səviyyəsinin MVt/saat üçün 275 avrodan 188 avroya endirilməsi təklif olunur. Bu təşəbbüs cari ildə Aİ Şurasına sədrlik edən Çexiya hökumətinə məxsusdur.
Çexiya tərəfinin təklif etdiyi plan dekabrın 19-da keçiriləcək toplantıda Aİ ölkələrinin energetika nazirləri tərəfindən müzakirə olunacaq. Hollandiyanın TTF mərkəzində aylıq və ya illik müqavilələrin üç gün ərzində MVt/saat üçün 188 avro həddini aşdığı təqdirdə qaz bazarına nəzarət mexanizminin işə düşəcəyi gözlənilir. Eyni zamanda bu səviyyədən yuxarı qiymətlərlə əməliyyatların icrasına icazə verilməyəcəyi gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!