Dünya Kubokunun, Qızıl Top və Qızıl Ayaqqabının qalibləri bəlli olub | Banco.az

Dünya Kubokunun, Qızıl Top və Qızıl Ayaqqabının qalibləri bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

2022-ci il Dünya Kubokunun qalibi penaltilər seriyası ilə Argentina olub.

Banco.az xəbər verir ki, dünən axşam saatlarında 2022-ci il Dünya Kubokunun qalibi müəyyənləşib.

Çempion Argentina Dünya Kuboku ilə yanaşı, mükafat olaraq 40 milyon dollar, ikinci yeri tutan Fransa isə 30 milyon dollar qazanıb. 

Kubokda üçüncü olan Xorvatiyaya 27 milyon, dördüncü olan Mərakeşə isə 25 milyon dollar veriləcək.

Qeyd edək ki, matçdan sonra kubokun təqdimetmə mərasimi keçirilib. 

Mərasimdə argentinalı Enzo Fernandez FİFA-nın Ən Gənc Oyunçu Mükafatına, Lionel Messi Adidas Qızıl Top mükafatına, Emiliano Martinez “Qızıl Əlcək”ə, fransalı Kilian Mbappe isə “Qızıl Ayaqqabı”ya layiq görülüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et