Almaniyada ilk LNG terminalı açılıb | Banco.az

Almaniyada ilk LNG terminalı açılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya kansleri Şolz ölkəsinin ilk mayeləşdirilmiş təbii qaz (LNG) terminalının açılışını edib.

Banco.az xəbər verir ki, Şimal dənizində Vilhelmshaven şəhəri yaxınlığındakı gəmidə keçirilən açılış mərasimində Şolzla yanaşı, Maliyyə naziri Kristian Lindner, İqtisadiyyat və İqlimin mühafizəsi naziri Robert Habek və Aşağı Saksoniya əyalətinin Baş naziri Stefan Veyl iştirak ediblər.

Şolz buradakı çıxışında Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin Ukrayna xalqı üçün dəhşətli nəticələr verdiyini və bu müharibənin təsirini eyni zamanda bütün dünyanın da hiss etdiyini bildirib.

Avropa və Almaniyanın da yüksək enerji qiymətləri və inflyasiya ilə bunu hiss etdiyinə diqqət çəkən Scholz, "Əlbəttə enerji təhlükəsizliyini düşünməliyik", deyə vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Qısa müddətdə belə bir terminal inşa edildiyini bildirən kansler, "Bu, Almaniyanın təhlükəsizliyinə mühüm töhfədir", deyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et