Azərbaycan Dünya Bankı ilə Rəqəmsal Transformasiya Strategiyası üzərində iş aparır | Banco.az

Azərbaycan Dünya Bankı ilə Rəqəmsal Transformasiya Strategiyası üzərində iş aparır

Azərbaycan Dünya Bankı ilə "Rəqəmsal Transformasiya Strategiyası" və "Datanın idarə edilməsi sənədi" üzərində iş aparır.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini İnarə Vəliyeva ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"Dünya Bankı bu işi görəcək şirkətləri seçib. Hazırda araşdırma aparılır. Bunun üçün dövlət qurumlarına müəyyən suallar göndəriləcək, onların cavabları dünya təcrübəsi əsasında bizə uyğunlaşdırılacaq. Sənədin 2023-cü ildə hazır edilməsi planlaşdırılır", - deyə o qeyd edib.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram