AMB Rusiyadan Aİ-yə qaz tədarükü ilə bağlı proqnozunu açıqlayıb | Banco.az

AMB Rusiyadan Aİ-yə qaz tədarükü ilə bağlı proqnozunu açıqlayıb

Müəllif - Aida İsaq, Banco.az

Gələn il Rusiya qazının Avropa İttifaqına tədarükü hazırki səviyyədə davam edəcək.

Banco.az xəbər verir ki, bunu Avropa Mərkəzi Bankı proqnozlaşdırıb. Bank həmçinin 2023-2024-cü illərin qışı üçün Avropa İttifaqında qaz qıtlığının müşahidə olunacağını bildirib. Bununla yanaşı, qeyd olunur ki, qaz anbarlarının lazımi səviyyədə doldurulması qarşıdan gələn qışda kifayət qədər yanacağın olacağından xəbər verir.

Xatırladaq ki, “Bloomberg” daha öncə Avropa enerji şirkətlərinin rəhbərlərinin bəyanatlarına əsasən Aİ-də qaz qıtlığı və yanacağın yüksək qiymətinin 2025-ci ilə qədər davam edəcəyi ilə bağlı məlumat yaymışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et