Avropa kişi və qadın işçilər arasında maaş fərqini aradan qaldırmağa hazırlaşır | Banco.az

Avropa kişi və qadın işçilər arasında maaş fərqini aradan qaldırmağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) kişi və qadın işçilər arasında əmək haqqı fərqini aradan qaldırılmasına yönəlmiş yeni qaydalar barədə razılığa gəlib.

Banco.az xəbər verir ki, Avropa Şurası Avropa Parlamenti (AP) ilə danışıqlar əsnasında iş yerlərində işçilər arasında əmək haqqı fərqlərini aradan qaldırmaq üçün hazırlanan yeni “əmək haqqı şəffaflığı” qaydası ilə bağlı razılıq əldə edildiyini açıqlayıb.

Buna görə, eyni işi görən kişilər və qadınlar üçün bərabər əmək haqqı prinsipi bir sıra məcburi tədbirlərlə gücləndiriləcəkdir.

Ayrı-seçkiliyin qarşısını almaq üçün işəgötürənlər öz işçilərinə əmək haqqı və mümkün artımları müəyyən etmək üçün istifadə etdikləri meyarlarda obyektiv və gender baxımından neytral yanaşmanı təmin etməli olacaqlar.

100-dən çox işçisi olan işəgötürənlər isə öz müəssisələrindəki kişi və qadın işçilər arasında maaş fərqi haqqında məlumat verməlidirlər.

Ən sərfəli kredit üçün müraciət et

İşəgötürənlər bu məlumatları işçilər, işçi nümayəndələri və müvafiq orqanlarla bölüşməlidirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et