Azərbaycan “OPEC+” çərçivəsində öhdəliyini 124% yerinə yetirib | Banco.az

Azərbaycan “OPEC+” çərçivəsində öhdəliyini 124% yerinə yetirib

2022-ci ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 669 min barel olub.

Energetika Nazirliyindən verilən məlumata görə, qeyd olunan göstəricinin 550 min barelini xam neft, 119 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 33-cü iclasında qəbul edilmiş qərara əsasən, noyabrda ölkədə gündəlik xam neft hasilatının avqust ayındakı səviyyədən, yəni 717 min bareldən azaldılaraq 684 min barel həcmində saxlanılması nəzərdə tutulurdu. Belə ki, Azərbaycan “OPEC+” çərçivəsində öhdəliyini 124,4% yerinə yetirib.

APA

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et