Azərbaycanda diri çəkidə ət istehsalı 2,9 faiz artıb | Banco.az

Azərbaycanda diri çəkidə ət istehsalı 2,9 faiz artıb

Müəllif - Şəbnəm Mehdizadə, Banco.az

Cari ilin yanvar-noyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə ət istehsalı ötən lin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 522,0 min ton olub.

Banco.az xəbər verir ki, hesabat dövründə  süd istehsalı 1,9  faiz artaraq 2036,3 min ton, yumurta istehsalı isə 8  faiz artaraq 1821,5 milyon ədəd olub.

Bununla yanaşı ötən illə müqayisədə yun istehsalı 2,3 faiz azalaraq 15,6 min ton, barama istehsalı isə  31,4 faiz azalaraq 341,4 ton olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et