Azərbaycanda kompüter istehsalı azalıb | Banco.az

Azərbaycanda kompüter istehsalı azalıb

Müəllif - Şəbnəm Mehdizadə, Banco.az

2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 200,3 milyon manatlıq kompüter, elektron və optik məhsulları, elektrik avadanlıqları  istehsal olunub.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən  ilin eyni  dövrü ilə müqayisədə elektrik avadanlıqlarının istehsalı 37,1 faiz artıb.

Bununla yanaşı kompüter, elektron və optik məhsulların istehsalı ötən illə müqayisədə 1,2 faiz azalıb. Hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,1 dəfə artıb, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə 41,2 faiz azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et