Çində iqtisadi fəaliyyət zəifləyib | Banco.az

Çində iqtisadi fəaliyyət zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Pandemiya əleyhinə tədbirlər Çinin sənaye istehsalında artımın daha da yavaşlamasına səbəb olub.

Banco.az xəbər verir ki, Milli Statistika Bürosunun məlumatlarına görə, Çində sənaye istehsalı noyabr ayında əvvəlki ilin eyni ayına nəzərən cəmi 2,2 faiz artıb. İqtisadçılar istehsalın 3,6 faiz artacağını gözləyirdilər. Oktyabr ayında isə artım göstəricisi 5.0 faiz olmuşdu.

Pərakəndə satışlar da noyabr ayında ötən ilin eyni dövrünə görə 5,9 faiz, ötən aya görə isə 0,15 faiz azalıb. Analitiklər pərakəndə satışların illik müqayisədə 3,7 faiz, aylıq isə 0,5 faiz azalacağını gözləyirdilər.

Çində yanvar-noyabr dövründə daşınmaz əmlak investisiyaları əvvəlki ilin eyni dövrünə görə 9,8 faiz azalıb. İlk 10 ayda isə investisiyalar 8,8 faiz geriləmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram