FED-in ardınca bu mərkəzi bank da faiz dərəcəsini açıqlayıb | Banco.az

FED-in ardınca bu mərkəzi bank da faiz dərəcəsini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Honkonq Mərkəzi Bankı da faiz dərəcəsini artırıb.

Banco.az xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini 50baza bəndi artırmasından sonra Çinin Xüsusi İnzibati Bölgəsi olan Honkonq ABŞ dollarına bağlı məzənnə rejiminə görə eyni dərəcədə faiz artımı edib.

Bölgənin defakto tanınan mərkəzi bankı Honkonq Pul Qurumunun (HKMA) yaydığı bəyanatda faiz dərəcəsinin 50 bənd artırılaraq 4,75 faizə çatdırıldığı qeyd olunub.

Xatırladaq ki, HKMA ilin əvvəlindən bəri FED-in bütün faiz artımı qərarlarını izləyərək uçot dərəcəsini eyni dərəcədə artırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et