İlon Mask "Tesla"nın səhmlərini satmağa davam edir | Banco.az

İlon Mask "Tesla"nın səhmlərini satmağa davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Maskın bu həftə 3,58 milyard dollar dəyərində “Tesla” səhmi satdığı məlum olub.

Banco.az xəbər verir ki, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verilən bildirişə görə, Mask şirkətin 22 milyon səhmini satıb.

“Twitter”i 44 milyard dollara aldıqdan sonra ikinci səhm satışını həyata keçirən Mask noyabrda “Tesla”nın 3,95 milyard dollarlıq səhmlərini satmışdı.

Bundan əlavə, Mask elektromobil istehsalçısı şirkətin aprel ayında təxminən 8,5 milyard, avqustda isə 6,9 milyard dollar dəyərində səhmlərini satıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et