BTC ilə neftin nəqli 12%-dən çox artıb | Banco.az

BTC ilə neftin nəqli 12%-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 34 418,9 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,4% çoxdur.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, nəqletmənin 78,8%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 27 121 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 12,5% çox).

Məlumata görə, hesabat dövrü ərzində BTC kəməri ilə 4 668,9 min ton tranzit nefti də (illik müqayisədə 45,36% çoxdur) nəql edilib.

Xatırladaq ki, ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 35 018 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,86% çoxdur. Nəqletmənin 75,5%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, ötən il kəmər vasitəsilə 26 421,5 min ton neft ötürülüb (2020-ci ilin göstəricisi ilə müqayisədə 3,85% az). Hesabat dövrü ərzində BTC kəməri ilə 3 598,4 min ton tranzit nefti də (7,4% az) nəql edilib.

Qeyd edək ki, BTC-nin neftlə doldurulmasına 2005-ci il mayın 6-da başlanılıb, bu kəmərlə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı il iyunun 4-də yola salınıb.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et