Müəllif - Aida İsaq, Banco.az
Yaponiyada şirkətlər arasında istehlak qiymətləri indeksinin gələcəyi ilə bağlı sorğu aparılıb. Beləliklə, ölkə şirkətləri növbəti 12 ay üçün istehlak qiymətləri indeksi üzrə artımın ortalama olaraq 2,7 faiz olacağını proqnozlaşdırıb.
Banco.az xəbər verir ki, bu dekabr ayı üçün olan nəticələrdir. Sentyabr ayına məxsus sorğuda isə müvafiq göstərici 2,6 faiz səviyyəsində müəyyənləşib.
Qeyd edək ki, növbəti 3 il üçün inflyasiya gözləntiləri 2,1 faizdən 2,2 faizə yüksəldiyi halda, növbəti 5 il üçün inflyasiya gözləntiləri 2 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
