Böyük Britaniyada işsizlik artıb | Banco.az

Böyük Britaniyada işsizlik artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu ilin oktyabr ayında Böyük Britaniyada işsizlik 3,7 faizə yüksəlib.

Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsi (ONS) oktyabr ayı üzrə işsizlik məlumatlarını dərc edib.

Bu məlumatlara müvafiq olaraq, ölkədə cari ilin oktyabr ayı ərzində ötən üç ayın yekunu üzrə işsizlik əvvəlki ayın 3,6 faizlik səviyyəsindən 3,7 faizə qalxıb.

ONS-nin bəyanatında ölkədə sentyabr-noyabr ayları ərzində ixtisaslı işçi çatışmazlığının 65 min nəfər azalmasına baxmayaraq, hələ də 1,9 milyon səviyyəsində olduğu və bunun iqtisadi perspektivə təsir edəcək qədər ciddi səviyyə hesab edildiyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bəyanatda həmçinin bu ilin oktyabr ayında Böyük Britaniyada işçilərin gəlirlərinin bonus ödənişləri istisna olmaqla 6,1 faiz artdığı da vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et