Rusiya qaz tədarükündə Aİ-yə alternativ tapıb | Banco.az

Rusiya qaz tədarükündə Aİ-yə alternativ tapıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Rusiyanın qaz ixracı portfelində yaranan boşluğu doldurmağa hazırlaşır.

Banco.az xəbər verir ki, Çində tikintisinə 2024-cü ildə başlanacaq “Sibirin Gücü 2” boru kəməri ilə Rusiyadan qaz tədarükü 50 milyard kubmetr artırılacaq.

Rusiya-Ukrayna müharibəsindən əvvəl illik qaz idxalının təxminən 45 faizini Rusiyadan tədarük edən Aİ 2021-ci ildə bu ölkədən təxminən 155 milyard kubmetr qaz idxal edib.

Dekabrın 5-dən Rusiya neftinə 60 dollarlıq qiymət həddi tətbiq etməyə başlayan üzv ölkələr Rusiya qazına isə meqavat/saat üzrə 220 avro maksimal qiymətin təyin edilməsi məsələsini müzakirə edir.

Avropanı təbii qaz ixracı üçün əhəmiyyətli bir bazar olaraq görən Rusiya isə Çinə qaz ixracını artırmaq üçün artıq istismarda olan 38 milyard kubmetr gücünə malik “Sibirin Gücü 1” boru kəmərinə əlavə olaraq illik gücü 50 milyard kubmetr olan “Sibirin Gücü  2”ni inşa etməyə hazırlaşır.

Ən sərfəli kredit üçün müraciət et

Tikintisinə 2024-cü ildə başlanması və 2030-cu ildə istifadəyə verilməsi planlaşdırılan "Sibirin Gücü 2" boru kəməri Rusiya qazını Monqolustandan keçərək Çinin içərilərinə nəql edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et