Müəllif - Aida İsaq, Banco.az
Gələn il Almaniyanın maşınqayırma sektorunda istehsalın azalacağı gözlənilir.
Banco.az xəbər verir ki, ölkənin maşınqayırma sənayesi assosiasiyası bu barədə proqnozlarını açıqlayıb. Belə ki, 2022-ci ildə real istehsalın 1 faiz artacağını proqnozlaşdıran qurum 2023-cü ildə 2 faizlik daralma olacağını bildirib.
Sorğuya qatılan şirkətlərin 48 faizi növbəti ildən gözləntilərinin müsbət olduğunu qeyd etsələr də, onların sadəcə 54 faizi işçi qüvvəsini artırmağı planladıqlarını bildirib.
Bundan başqa alman mühəndislik sektoru yaxın gələcəkdə Çin ilə tərəfdaşlıq əlaqələrini daha da gücləndirməyi hədəfləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!