Aİ ölkələri təbii qazın qiymət həddi ilə bağlı razılığa gələ bilməyib | Banco.az

Aİ ölkələri təbii qazın qiymət həddi ilə bağlı razılığa gələ bilməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ-yə üzv dövlətlər idxal olunan təbii qaza maksimal qiymətin müəyyənləşdirilməsi üzrə aparılan danışıqlarda razılığa gələ bilməyib.

Banco.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) müddətli prezidenti Çexiyanın çağırışı ilə 27 üzv ölkənin energetika nazirləri Brüsseldə növbədənkənar iclas keçirib.

İclasın sonunda açıqlama verən Çexiyanın Sənaye və Ticarət naziri Yozef Sikela çox uzun və çətin bir görüş keçirdiklərini vurğulayaraq üzv ölkələr arasında təbii qaza maksimal qiymət həddi ilə bağlı razılığa gələ bilmədiklərini söyləyib.

Energetika nazirlərinin dekabrın 19-da Brüsseldə yenidən bir araya gələcəyini xatırladan Sikela "Görüşdə yeganə mövzu müzakirə olunacaq ki, o da mexanizmi işə salacaq qiymət səviyyəsidir", deyə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et