Neft yenidən ucuzlaşıb | Banco.az

Neft yenidən ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft əvvəlki iki sessiyada 6% yüksəldikdən sonra FED-in faiz qərarından əvvəl ucuzlaşıb.

Banco.az xəbər verir ki, qlobal bazarlarda bütün aktiv sinifləri FED-in qərarına fokuslanıb.

Çərşənbə axşamı ABŞ-da istehlak qiymətləri ötən bir ildən çox müddətdə ən yavaş aylıq artımı qeydə alaraq Fed-in faiz artımını yavaşlatacağına dair gözləntiləri gücləndirib. Bununla da, ABŞ xam neftinin bir bareli 75 dollara düşüb. Brent markalı neft isə 80 dollara satılıb.

Qeyd edək ki, neftin ucuzlaşmasına Çindəki tələb proqnozu və OPEC-in aşağı yönlü reviziyası da təsir göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et