Aİ-nin energetika nazirləri qazın qiyməti üçün yenidən bir araya gələcək | Banco.az

Aİ-nin energetika nazirləri qazın qiyməti üçün yenidən bir araya gələcək

Müəllif - Aida İsaq, Banco.az

Aİ-nin energetika nazirləri dekabrın 13-də qazın qiymətinin məhdudlaşdırılması ilə bağlı bir araya gəlsə də, bu barədə razılığa gələ bilməyiblər.

Banco.az xəbər verir ki, Çexiyanın Sənaye və Ticarət Nazirliyinin rəhbəri Yozef Sikelanın sözlərinə görə, dekabrın 19-da müzakirələrin aparılması davam etdiriləcək. Onun fikirlərinə əsasən, ortaq məxrəcə gəlmək üçün hazırda zamana ehtiyac olduğu məlum olub.

Qeyd edək ki, daha öncə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Aİ ölkələrinin Brüsseldə keçirilən görüşündə qazın maksimal qiyməti ilə bağlı razılığa gələ bilmədiklərini və müzakirələrin davam etdirləcəyini sosial media hesabında qeyd etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et