Müəllif - Aida İsaq, Banc
2022-ci ilin sonunda dünyada ticarətin ümumi həcmi rekord səviyyəyə yüksələ bilər.
Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının ticarət və inkişaf üzrə konfransının saytında dərc olunan məlumata əsasən müvafiq həddin 32 trilyon dollara çatacağı qeyd olunub. Beləliklə cari ilin sonunadək əmtəə ticarətinin ötən illə müqayisədə 10% çox olacağı gözlənilir. Eyni zamanda xidmət sektoru ticarətinin ötən illə müqayisədə 15% artaraq 7 trilyon dollara çatacağı proqnozlaşdırılır.
Məlumata görə, müvafiq nəticələr 2022-ci ilin birinci yarısında dayanıqlı inkişaf sayəsində əldə olunsa da, üçüncü rübdə ticarət həcmi zəifləyib. Artıq dördüncü rübdə məhsullar və xidmətlər üzrə qlobal ticarətin həcmində enişlərin müşahidə olunacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!