Avropa ölkələrinin ərzaq xərcləri necə dəyişir? | Banco.az

Avropa ölkələrinin ərzaq xərcləri necə dəyişir?

Müəllif - Aida İsaq, Banco.az

Avropada əhalinin qida xərcləri məlum olub.

Banco.az xəbər verir ki, digər ölkələrlə müqayisədə Lüksemburq sakinləri ərzağa daha az pul xərcləyiblər. Ərzaq xərclərinin ən böyük hissəsi 53 faizlə qazaxıstanlıların payına düşüb.

İqtisadi cəhətdən inkişaf etmiş Qərbi Avropa ölkələrinin liderliyi ələ aldığı məlum olub. Beləliklə, Lüksemburqdan sonra müvafiq olaraq 8,7 və 10,5 faiz payla Hollandiya və Böyük Britaniya gəlir.

İstehlak xərclərində ərzaq xərclərinin ən böyük payı keçmiş SSRİ və Şərqi Avropa ölkələrinin vətəndaşları arasındadır. Xərclərin 35 faizindən çoxu Moldova, Şimali Makedoniya, Belarus və Bolqarıstan sakinlərinin payına düşür. 

Ekspertlər ərzaq xərclərinin payı ilə adambaşına düşən ÜDM-i arasında sıx əlaqə olduğunu qeyd edir. Ərzaq alışına pulun az xərcləndiyi təqdirdə ikinci göstərici bir o qədər yüksək olur. Həyat səviyyəsi yüksək olan ölkələrdə ərzaq xərclərinin payı isə ümumiyyətlə aşağıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et