Hərrac zamanı cins şalvar 95 min dollara satıldı | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Hərrac zamanı cins şalvar 95 min dollara satıldı

Müəllif - Aida İsaq, Banco.az

ABŞ-da keçirilən hərrac zamanı köhnə cins şalvar modeli 95 min dollara satılıb.

Banco.az xəbər verir ki, cins şalvar 1857-ci ildə Cənubi Karolina sahillərində qasırğada batan “SS Central America” gəmisinin qalıqlarından tapılıb. Şalvarın "Levi Strauss & Company" şirkəti tərəfindən və ya onlar üçün xüsusi hazırlanmış iş geyimi olduğu qeyd olunur. Modelin daha öncə hansı rəngdə olmasını isə müəyyən etməyin çətin olduğu bildirilir. Beləliklə sözügedən model üçün 95 min dollar vəsait xərcləyən alıcısı tapılıb.

Qeyd edək ki, bundan öncə oktyabr ayında 1880-ci illərə məxsus cins şalvar San Dieqoda 76.000 dollara satılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram