Ekspert Avropada enerji böhranının daha da kəskinləşəcəyini bildirib | Banco.az

Ekspert Avropada enerji böhranının daha da kəskinləşəcəyini bildirib

Müəllif - Aida İsaq, Banco.az

Avropada enerji böhranı daha da kəskinləşəcək. Buna səbəb olaraq isə gələn il Rusiyadan tədarüklərin minimum səviyyəyə düşməsi göstərilir.

Banco.az xəbər verir ki, bu barədə Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı eksperti İqor Yuşkov bildirib. Onun sözlərinə görə, Avropa üçün yeni istilik mövsümünə hazırlaşmaq xeyli çətinləşəcək.

Ekspert yeni zavodların istismara verilməsi ilə bağlı planların hazırda gündəmdə olmadığını əsas gətirərək Avropaya LNG tədarükünün həcminin dəyişməyəcəyini vurğulayıb. Eyni zamanda, Rusiyadan tədarüklərün həcmi 2022-ci ilin ikinci yarısında olduğu kimi həyata keçirilməyə davam edəcək. Nəticədə regionda enerji böhranının daha da güclənəcəyi qaçılmaz hala gəlib çıxacaq.

Ən sərfəli kredit üçün müraciət et

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et