Müəllif - Aida İsaq, Banco.az
Cari ildə ABŞ iqtisadiyyatının artım tempi Çini qabaqlaya bilər.
Banco.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden ekspertlərin proqnozlarına istinad edərək "Twitter" hesabında qeyd edib. Onun sözlərinə görə, bu hadisə təxminən yarım əsr ərzində yəni 1976-cı ildən bəri ilk dəfə müşahidə oluna bilər.
Qeyd edək ki, BVF bu il Çin ÜDM-də artımın 3,2%-ə çatacağını, Amerika iqtisadiyyatının artımının isə 1,6% səviyyəsində olacağını proqnozlaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!