Energetika naziri Serbiyanın ölkəmizdəki səfirini qəbul edib | Banco.az

Energetika naziri Serbiyanın ölkəmizdəki səfirini qəbul edib

Energetika naziri Pərviz Şahbazov Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçi qəbul edib.

Energetika Nazirliyindən verilən məlumata görə, söhbət zamanı ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyaya səfəri, iki ölkə arasında əməkdaşlığın daha da yüksəldilməsinə töhfə verəcək birgə Bəyanatın və digər mühüm sənədlərin imzalanmasının Azərbaycan və Serbiya əlaqələrinin sürətli inkişafında önəmli rolu vurğulanıb.

Görüşdə energetika sahəsində mövcud əməkdaşlıq və gələcək strateji hədəflər barədə danışılıb, elektrik enerjisinin ixracı və təbii qaz sahələrində perspektiv imkanlar nəzərdən keçirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et