Bu ölkədə dövlət qulluqçularına "TikTok"dan istifadə qadağan edilib | Banco.az

Bu ölkədə dövlət qulluqçularına "TikTok"dan istifadə qadağan edilib

Müəllif - Aida İsaq, Banco.az

ABŞ-da dövlət işçilərinə "TikTok" şəbəkəsindən istifadə etmək qadağan edilib. 

Banco.az xəbər verir ki, bununla bağlı Texas ştatının qubernatoru Qreq Abbott sərəncam imzalayıb. Məhdudiyyət yalnız məmurlara işlədikləri qurumlar tərəfindən təhvil verilən xidmət cihazlarına şamil edilir. Buraya smartfonlar, planşetlər, kompüterlər və noutbuklar daxildir. 

Buna səbəb olaraq isə Çində müvafiq tətbiq vasitəsilə telefon dinləmələrindən ehtiyat edildiyi göstərilib.

Qeyd edək ki, daha öncə oxşar sərəncam Cənubi Dakota ştatının qubernatoru tərəfindən imzalanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et