Müəllif - Aida İsaq, Banco.az
Almaniya Rusiya enerji mənbələrindən tamamilə imtina etməyi hədəfləyir.
Banco.az xəbər verir ki, bu barədə ölkənin kansleri Olaf Şolz bildirib. O, uzunmüddətli prespektivli qərarların qəbul edilməsi istiqamətində addımların atıldığını qeyd edib.
Siyasətçi ölkəsinin bu qışdan uğurla çıxa biləcəyini və güclü sənaye gücünü qoruyacağını düşünür.
Eyni zamanda Almaniya kansleri Ukraynadakı hərbi vəziyyətin başlamasından öncəki qiymət səviyyəsinə geri dönüşün qeyri-mümkün olduğunu vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!