Səudiyyə Ərəbistanı ilə Çin arasında 34 investisiya sazişi imzalanıb | Banco.az

Səudiyyə Ərəbistanı ilə Çin arasında 34 investisiya sazişi imzalanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanı ilə Çin şirkətləri arasında müxtəlif sahələr üzrə 34 investisiya müqaviləsi imzalanıb.

Banco.az xəbər verir ki, Çin sədri Si Cinpinin ölkəyə səfəri çərçivəsində əldə olunan razılaşmalar Səudiyyə Ərəbistanının İnvestisiya naziri Xalid bin Əbdüləziz əl-Falih və əlaqədar dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda imzalanıb.

Bildirilib ki, iki tərəf arasında imzalanan müqavilələr yaşıl enerji, yaşıl hidrogen, fotovoltaik günəş enerjisi, informasiya texnologiyaları, bulud xidmətləri, nəqliyyat, logistika, tibb sənayesi, mənzil və tikinti fabrikləri kimi müxtəlif sektorları əhatə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram