Bu ölkələrin Şengen zonasına daxil olmasına etiraz edilib | Banco.az

Bu ölkələrin Şengen zonasına daxil olmasına etiraz edilib

Müəllif - Aida İsaq, Banco.az

Bu gün Xorvatiya, Bolqarıstan və Rumıniyanın Avropa Birliyinin sərbəst hərəkət zonası olan Şengenə qoşulması ilə bağlı yekun qərar veriləcək.

Banco.az xəbər verir ki, Bolqarıstan və Rumıniyanın müvafiq zonaya daxil edilməyəcəyi gözlənilir. Çünkü, Avstriya və Hollandiya bunu etirazla qarşılayıb. Lakin bunun əksinə olaraq üzv ölkələr Xorvatiyanın Şengen zonasına daxil olmasında yekdil razılığa gələ biliblər. Bu səbəbdən adı çəkilən ölkə üçün müsbət cavabın veriləcəyi gözlənilir.

Qeyd edək ki, Şengen zonasına 22 Aİ üzvü, həmçinin İslandiya, Norveç, İsveçrə və Lixtenşteyn daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et