ABŞ-da Rusiya və Çin məhsullarına məhdudiyyət qoyulub | Banco.az

ABŞ-da Rusiya və Çin məhsullarına məhdudiyyət qoyulub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Amerikanın Merilend ştatında rus və Çin istehsalı platformaların istifadəsi məhdudlaşdırılıb.

Banco.az xəbər verir ki, ABŞ-ın Merilend ştatında Rusiya və Çin istehsalı məhsulların əyalət üçün qəbuledilməz səviyyədə kibertəhlükəsizlik riski yaratması, o cümlədən kibercasusluq, dövlət orqanlarının izlənilməsi və şəxsi məlumatların toplanması kimi ehtimallara görə rəsmi dövlət işçilərinə “TikTok”, “Kaspersky”, “Wechat” kimi platformalardan istifadə etmək qadağan edilib.

Bu barədə Merilend ştatının qubernatorluğundan açıqlama verilib.

Qeyd edək ki, Merilend ştatında qəbul edilən qərarın tezliklə digər ştatlarda da tətbiq olunacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et