Müəllif - Aida İsaq, Banco.az
Bitkoinin qiyməti 2023-cü ilin birinci yarısında 250 min dollara qədər yüksələ bilər.
Banco.az xəbər verir ki, bunu amerikalı investor Tim Draper proqnozlaşdırıb. O, kriptovalyuta bazarındakı hazırki vəziyyətin ürəkaçan olmamasına baxmayaraq, müvafiq mövqedən çıxış edərək müsbət istiqamətdə rəy verib.
Ötən həftə Avropa Mərkəzi Bankının ödəniş infrastrukturunun baş direktoru Ulrich Bindzeil və müşaviri Jurgen Schaaf isə öz növbələrində bitkoinin 20.000 dollara yaxın möhkəmlənməsini rəqəmsal valyutanın son nəbz atışları kimi qiymətləndiriblər.
Noyabrın ortalarında “Tesla” və “SpaceX”in qurucusu, “Twitter” sosial şəbəkəsinin sahibi İlon Mask bitkoin üçün uzun kripto qışının müşahidə olunacağını proqnozlaşdırmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!