Azərbaycan qeyri-neft ixracını 14% artırıb | Banco.az

Azərbaycan qeyri-neft ixracını 14% artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 2 688,09 milyon ABŞ dolları təşkil edib.

Bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 % çoxdur.

Təkcə bu ilin noyabr ayında isə Azərbaycan 302,13 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 12,2 % çoxdur.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram