Çində Kovid tədbirləri mərhələli şəkildə yumşaldılır | Banco.az

Çində Kovid tədbirləri mərhələli şəkildə yumşaldılır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çində bir müddətdir gündəmdə olan pandemiya tədbirlərində yumşaldılma addımları davam edir.

Banco.az xəbər verir ki, Pekin hökuməti çərşənbə axşamından etibarən paytaxtdakı supermarketlərdə, ofis binalarında və bir çox digər ictimai yerlərdə Kovid testi öhdəliyini ləğv edəcək.

Bununla belə, şəhər sakinlərinin barlara, restoranlara və məktəblərə girməzdən əvvəl ötən 48 saat ərzində keçirilmiş PCR testlərinin mənfi nəticələrini təqdim etmələri tələbi isə hələ də qüvvədədir.

Qeyd edək ki, ölkə daxilində tətbiq edilən test zərurətinin yumşaldılması ilə yoluxma sayında da azalma müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et