"Samsung" 100 dollardan ucuz telefon modelini təqdim edəcək | Banco.az

"Samsung" 100 dollardan ucuz telefon modelini təqdim edəcək

Müəllif - Aida İsaq, Banco.az

"Samsung" Hindistanda yeni "Galaxy M04" smartfonunun reklam kampaniyasına başlayıb.

Banco.az xəbər verir ki, modelin qiymətinin 110 dollar olacağı məlum olub. Eyni zamanda modelin sadələşdirilmiş versiyasının 100 dollardan aşağı qiymətə satışa təqdim oluncağı gözlənilir.

"Galaxy M04" 2020-ci ilin yayında təqdim edilən "MediaTek Helio G35" prosessoru ilə təmin olunub. Bundan başqa cihazın 3 GB-lıq RAM moduluna sahib olacağı və daxili fləş yaddaşla birgə 8 GB-a qədər genişləndiriləcəyi ehtimal olunur. Smartfon "Android 12" əməliyyat sistemi ilə işləyəcək.

Qeyd edək ki, sözügedən modelin bazara nə zaman təqdim olunacağı ilə bağlı dəqiq məlumat verilmir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et