Müəllif: Tamara Mustafayeva, Banco.az
İsveçrə qlobal zərgərlik və saat sənayesindəki üstünlüyünü Çinə uduzub.
Banco.az xəbər verir ki, Beynəlxalq konsaltinq şirkəti “Deloitte” tərəfindən cümə axşamı dərc edilən "Dəbdəbəli İstehlakın Qlobal Gücləri" hesabatında keçən il Çinin dəbdəbə bazarındakı payının 30 faiz, İsveçrənin isə 27 faiz olduğu açıqlanıb.
Sözügedən hesabat dünyanın ən yaxşı 100 dəbdəbəli şirkətini araşdırır. Buna görə, ən yaxşı 10 saat şirkəti siyahısına “Richemont” və “Rolex” də daxil olmaqla səkkiz İsveçrə şirkəti rəhbərlik edir. “Richemont” bu sektorda ən yüksək dövriyyə həcminə sahib şirkət olub ki, onun ardınca Çin firması “Chow Tai Fook” və “Rolex” gəlir.
İsveçrənin sektordakı payı əsasən saat sənayesindən qaynaqlandığı halda, Çin sektordakı mövqeyini daha çox bəzək əşyaları və zərgərlik məmulatlarından əldə edib.
Xatırladaq ki, hesabatın 2019-cu il icmalına görə, İsveçrə saat və zərgərlik seqmentində bu günə qədər qlobal lider mövqeyində idi.
İndiyə qədər dünyanın ən böyük dəbdəbəli şirkəti isə modadan tutmuş ətir, kosmetika və şəraba qədər hər şeyi satan Fransız nəhəngi “LVMH Group” olaraq qalır.
Bizi sosial şəbəkələrdən izləyin!!