“Huawei” yeni ağıllı saat modelini təqdim edəcək | Banco.az

“Huawei” yeni ağıllı saat modelini təqdim edəcək

Müəllif - Aida İsaq, Banco.az

“Huawei” şirkəti “Huawei Watch Buds” ağıllı saatının təqdimatına hazırlaşır. 

Banco.az xəbər verir ki, yeni məhsul simsiz qulaqlıqların doldurulması və yerləşdirilməsi üçün saxlama qabı rolunu oynayacaq. Məhsulun vizual görünüşünün “Huawei Watch 3” modelinə bənzədiyi qeyd olunur. Qulaqlıqların isə şirkətin daha öncəki hər hansısa modeli ilə oxşar olmadığı bildirilir.

Dekabrın 2-də yeni qadcetlərinin təqdimatı gözlənilsə də, tədbir qeyri-müəyyən zamana qədər təxirə salındı. Ancaq yayılan məlumatlara əsasən məhsulun artıq mağazalara göndərilmək üçün tam formada hazır olduğu bildirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram