"Apple" firması "Twitter"a reklam verməyə davam edəcək | Banco.az

"Apple" firması "Twitter"a reklam verməyə davam edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask “Apple” firmasının “Twitter” platformasına reklam verməyə davam edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, Mask şənbə günü “Twitter Spaces” söhbəti zamanı “Apple” firmasının sosial media şəbəkəsindəki ən böyük reklamçı olduğunu dilə gətirib.

Xatırladaq ki, Mask ötən həftəki çıxışlarında texnologiya nəhəngi “Apple”ı hədəf alaraq şirkətin platformada reklam yerləşdirməyi tamamilə dayandırdığını açıqlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram